Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda mina təhlükəsizliyinə dair maarifləndirmə təlimləri davam edir

24 oktyabr 2023 | 17:35

    Bildiyiniz kimi minalar və partlamamış silahlar real təhlükədir və müharibənin partlayıcı qalıqları ilə çirklənmiş ərazilərdə yaşayan insanlar hər gün bu təhlükəyə məruz qalırlar. Belə halların qarşısını almaq məqsədilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə 2 oktyabr 2023-cü il tarixdən Cəbrayıl qəsəbələrində mina təhlükəsizliyinə dair maarifləndirmə təlimlərinə başlanılıb. Təlimlərdə AzQAC-ın və BQXK-nın yüksək ixtisaslı təlimçiləri əhaliyə mina təhlükəsindən qorunmağın, risklərdən uzaq olmağın vacibliyini izah edir, konkret situasiyalarda təhlükəsiz davranışın üsul və qaydalarını öyrədirlər. Eyni zamanda təlimlərdə minalar, partlamamış sursatlar, xəbərdarlıq nişanları, partlayıcıların və minaların olduğu ərazilərdə davranış və zərərçəkmiş şəxslərə yardım haqqında məlumat verilir.

Keçidlər