Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Milyonların ümid çırağı, xeyirxahlıq ünvanı” adlı tədbir keçirilib

26 avqust 2024 | 16:39

    26 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın doğum günü münasibətilə "Milyonların ümid çırağı, xeyirxahlıq ünvanı" adlı tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Mərkəzi Kitabxana Sisteminin direktoru Vasif Quliyev, ziyalılar, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
    Çıxış edənlər Mehriban xanımı doğum günü münasibətilə təbrik edərək, xoş arzularını bildiriblər və dövlətimizin tərəqqisi naminə həyata keçirdiyi fəaliyyətindən geniş söhbət açıblar. Qeyd ediblər ki, Qarabağa çoxsaylı səfərlər, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, Şuşada dünyaya səs salan möhtəşəm “Xarıbülbül” musiqi festivalının təşkili birinci xanımın xidmətləri sırasında müstəsna yer tutur. Mehriban xanımın təşəbbüsü olan “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. 2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində yüzlərlə məktəb binası inşa olunub və yenidən qurulub. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə uşaq müəssisələri əsaslı təmir edilib.
    Səhiyyə sahəsinə gəlincə, Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları böyük rəğbətlə qarşılanır, öz müsbət nəticələrini verir. Bu çərçivədə Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bütün bunlar göstərir ki, O, həqiqətən də milyonların qəlbində ümid çırağına, xeyirxahlıq ünvanına çevrilib.
Birinci vitse-prezidenti köməyə və qayğıya ehtiyacı olan insanların, xüsusilə uşaqların yanında tez-tez görmək olar. Onlar Mehriban Əliyevaya pənah yeri kimi baxır və öz ümidlərində yanılmırlar. Bütün bunlar Azərbaycan cəmiyyətinin sosial həyatında xeyriyyəçilik və mesenatlıq ənənələrinin yenidən canlanmasına səbəb olur. Mehriban Əliyevanın rəhbərlik etdiyi aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olanları daim diqqətdə saxlayan Heydər Əliyev Fondu da bu istiqamətdə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir.
    2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsinin gedişində Azərbaycanın haqlı mövqeyinin nümayişi, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan düşmənin dinc sakinləri hədəf alan hücumlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əməli addımlar atılıb. Mötəbər beynəlxalq qurumlarda, dünyanın müxtəlif ölkələrində sərgilər, mədəniyyət gecələri və digər tədbirlər təşkil olunub, mədəniyyət günləri keçirilib, Mədəniyyət Mərkəzləri açılıb, dünyanın müxtəlif şəhərlərində görkəmli şəxsiyyətlərimizin abidələri ucaldılıb.
    Azərbaycanın böyük uğurla ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin möhtəşəm təşkili bir daha Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığına malik olduğunu göstərir.
    Birinci xanımın çoxşaxəli fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır, ölkəmizin hüdudlarını aşaraq geniş əks-səda doğurur.
    Bir daha doğum günü münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanı bütün Cəbrayıllılar adından təbrik edir, ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi fəaliyyətində uğurlar arzulayırıq.

Keçidlər