Cəbrayıl rayonunda “Milli Qurtuluşdan – Böyük Zəfərə” mövzusunda tədbir keçirilib
11 iyun 2026-cı il tarixdə Rayon icra Hakimiyyətinin və YAP rayon Təşkilatının birgə təşkilatçılığı ilə Çərəkən kənd kulubunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Milli Qurtuluşdan – Böyük Zəfərə” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, YAP Cəbrayıl rayon Təşkilatının sədr müavini Məhəmməd Əliyev, Mərkəzi Kitabxana Sisteminin direktoru Vasif Quliyev, YAP fəalları və mədəniyyət işçiləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə Ümummilli lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, videoçarx nümayiş olunub.
Çıxış edənlər 15 iyun Milli Qurtuluş Gününün ölkəmizin və xalqımızın həyatındakı əhəmiyyətindən, memarı və qurucusu Ulu Öndər Heydər Əliyev olan müstəqil Azərbaycan dövlətinin keçdiyi şərəfli tarixdən ətarflı söhbət açılıb. Bildirilib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulur. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan insan - Heydər Əliyevdir.
Natiqlər vurğulayıblar ki,15 İyun bizə göstərir ki, dövlət müstəqilliyi xalqın ən qiymətli sərvətidir və onun qorunması üçün birlik, güclü liderlik, siyasi müdriklik və milli həmrəylik əsas şərtlərdir. Azərbaycan xalqı Heydər Əliyevin xilaskarlıq missiyasını, dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərini daim ehtiramla yad edir. Milli Qurtuluş Günü xalqımızın qürur, minnətdarlıq və gələcəyə inam günüdür.
Tədbir “Yaşa, Azərbaycan” mahnısı ilə davam etdirilib.






