Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Milli Qurtuluş günü ilə bağlı tədbir keçirilmişdir

15 iyun 2022 | 12:02

    15 iyun 2022-ci il tarixdə Cəbrayıl rayonda Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirmişdir. Tədbirdə Cəbayıl rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov, YAP Cəbrayıl rayon təşkilatının fəalları, ağsaqqallar, gənclər və icimaiyyət nümayəndələri iştirak etmişlər.
    Tədbir iştirakçıları əvvəlcə 4 saylı qəsəbədə yerləşən Heydər Əliyev adına Mədəniyyət və İstrahət Parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüş və əziz xatirəsinə dərin ehtiramlarını bildirmişlər.
    Rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək Milli Qurtuluş gününün tarixi əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışmış, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ümummilli liderin siyasi xəttini layiqincə davam etdirdiyini diqqətə çatdırmışdır.

Keçidlər