Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Məlumatlı ol! Zorakılığa məruz qalma!” mövzusunda maarifləndirici tədbir keçirilib

21 may 2024 | 15:52

    21 may 2024-cü il tarixdə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.2.4. bəndinin icrasının təmin olunması məqsədilə 9 saylı tam orta məktəbdə “Məlumatlı ol! Zorakılığa məruz qalma!” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Mərkəzi Xəstəxananın həkimi İlham Hətəmxanlı, Polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Nurlan Cəfərov, psixoloqlar, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
     Tədbirə respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
    Çıxış edənlər ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının mühafizəsi, gender bərabərliyinin təmin olunması istiqamətində qəbul edilmiş qanunlar, dövlət proqramları, aparılan islahatlar və həyata keçirilən layihələrdən geniş söhbət açıblar. Qeyd edilib ki, hələ də dünyanın hər yerində milyonlarla qadın fiziki və psixoloji zorakılıqdan əziyyət çəkir və bütün digər hüquqlarından daha vacib olan zorakılıq qorxusundan, azad yaşamaq hüququndan məhrum edilməyə davam edir. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, maliyyə və sosial nəticələr doğurur ki, bu da qəbuledilməz və dözülməz haldır. Eyni zamanda iştirakçılara məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə zorakılığı doğuran halların aradan qaldırılması istiqamətində də geniş məlumat verilib.
    Tədbir çərçivəsində məişət zorakılığı ilə bağlı slaydlar nümayiş olunub, iştirakçılara bukletlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər