Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Məişət zorakılığı ilə mübarizədə yeganə yol sağlam həyat tərzinin təbliğ olunması və maariflənmənin gücləndirilməsidir” mövzusunda tədbir keçirilib

27 oktyabr 2025 | 15:28

    27 oktyabr 2025-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 9 saylı tam orta məktəbdə “Məişət zorakılığı ilə mübarizədə yeganə yol sağlam həyat tərzinin təbliğ olunması və maariflənmənin gücləndirilməsidir” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, məktəbin direktoru Vəli Cəlilov, səhiyyə və mədəniyyət işçiləri, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
    Tədbirdə çıxış edənlər bildiriblər ki, dünyada geniş yayılmış problemlərdən biri də məişət zorakılığıdır. Bu problem demək olar əksər ailələrdə müəyyən formalarda özünü büruzə verir. Məişət zorakılığı kimi qəbul edilən ailədaxili şiddət bu günün deyil, əsrlərin problemidir. Hazırda dünyada və ölkəmizdə bu problemin aradan qaldırılması istiqamətində müəyyən tədbirlər görülür. Bu gün keçirdiyimiz tədbir də ölkəmizin bu sahədə apardığı işlərin davamıdır. Belə tədbirlərin nəticəsidir ki, son beş ildə Cəbrayıl rayonunda gender zorakılığına məruz qalan ailələr-qadınlar çox az sayda qeydə alınıb. Belə ki, 2020, 2021, 2022, 2024-cü illərdə bu kimi hallar baş verməmiş, 2023 və 2025-ci illərdə isə yalnız məişət zorakılığı-psixoloji zorakılığa məruz qalan 1 qadın qeydə alınıb. Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və Əlaqələndirmə Qrupu tərəfindən dərhal aparılan profilaktik tədbirlər nəticəsində zorakılığın qarşısı alınmış və tədbirlər həyata keçirilmişdir. Qeyd olunub ki, bu problemlərlə mübarizədə yeganə yol sağlam həyat tərzinin təbliğ olunması və maariflənmənin gücləndirilməsidir.
    Sonda qadın zorakılığına qarşı hazırlanmış “Susma” adlı sosial çarx nümayiş etdirilib, məktəblilərin hazırladıqları səhnəcik göstərilib, maarifləndirici bukletlər paylanılıb və suallar ətraflı cavablandırılıb.

Keçidlər