Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda mediasiya xidmətlərinin tətbiqi ilə bağlı maarifləndirici tədbir keçirilib

23 fevral 2024 | 17:20

    23 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli, 4059 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın 8.4.6 bəndinin icrasının təmin edilməsi məqsədilə Cəbrayıl peşə məktəbində ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqi mövzusunda maarifləndirici tədbir keçirilib.
    Xocalı soyqırımı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə rayon İcra hakimiyyəti başçısının müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Fəridə İbayeva, rayonun 1 saylı Mediasiya təşkilatının direktoru Tahir Balakişiyev, hüquqşünas-mediator Mələkxanım Məmmədli, təşkilatın əməkdaşları, peşə məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Əliheydər Əlifli, məktəbin mühəndis pedaqoji heyəti və tələbələr iştirak edib.
    Tədbirdə çıxış edənlər mediasiya, onun əhəmiyyəti, üstünlükləri, məqsəd və prinsipləri, eləcə də ölkəmizdə ailədaxili mübahisələrin həlli ilə bağlı tətbiq olunan mediasiya xidmətlərindən geniş söhbət açıblar.
    Tədbir iştirakçıların suallarının cavablandırılması ilə davam edib.

 

Keçidlər