Cəbrayıl rayonunda mas-reslinq idman növü üzrə rayon turniri keçirilib
20 avqust 2026-cı il tarixdə Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 14-15 yaşlı katedlər (oğlanlar) arasında mas-reslinq idman növü üzrə rayon turniri keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Mayil Əliyev, rayon Gənclər və İdman sektorunun baş məsləhətçisi Hüseyn Fətullayev, Cəbrayıl rayon Cüdo idman klubunun məşqçisi İsmayıl Babaşov və yeniyetmə idmançılar iştirak ediblər.
Keçirilən birinciliyin əsas məqsədi yeniyetmələr arasında idmanın müxtəlif növlərini inkişaf etdirmək, onların asudə vaxtının səmərəli təşkil etmək, idmanla zərərli vərdişlərə yox demək və zərərli vərdişlərin yeniyetmələrin gələcəyinə mənfi təsirinin qarşısının alınmasından ibarət olmuşdur.
Rayonun R.Xudiyev adına Minbaşılı kənd tam orta məktəbində təşkil olunmuş biricilikdə dörd qrup üzrə 40, 45, 50 və 55 kq çəki dərəcəsində 30 idmançı öz gücünü sınayıb. Gərgin və maraqlı keçən yarışda 12 idmançı müxtəlif çəki dərəcəsində birinci, ikinci və üçüncü yerə layiq görülüblər. Yüksək nəticə göstərən idmançılar Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.
Qalibləri təbirk edir və uğurlar arzulayırıq.
Məlumat üçün bildiririk ki, Mas-reslinq (və ya mas-restlinq) – taxta çubuğun dartılması üzrə keçirilən güc idman növüdür. İdmançılar xüsusi lövhəyə (dayaq taxtasına) qarşı ayaqlarını dirəyərək yerdə üzbəüz otururlar. Rəqiblər əlləri ilə taxta çubuğu (mas) ortadan tutur. Hakim fitindən sonra hər iki tərəf çubuğu öz tərəfinə dartmağa və ya rəqibi dayaq lövhəsindən aşırıb o tərəfə çəkməyə çalışır. Çubuğu rəqibin əlindən qoparıb alan və ya rəqibi dayaq lövhəsindən aşıraraq öz tərəfinə keçirən idmançı raundda qalib hesab olunur.






