Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Korrupsiyaya qarşı mübarizəni gücləndirək” mövzusunda maarifləndirici tədbir keçirilib

21 oktyabr 2026 | 16:34

21 oktyabr 2026-cı il tarixdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.2. bəndinin icrası ilə əlaqədar tibb işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması, gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbir keçirilib.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva ölkə başçısı cənab İlham Əliyevin korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin tərkib hissəsi olması, ictimaiyyətin bu işlərə fəal qoşulması, hər bir vətəndaşın neqativ hallara biganə qalmaması barədə proqram xarakterli tapşırıq və tövsiyələri, habelə Milli Fəaliyyət Planından irəli gələn vəzifələrin vacibliyini bildirməklə bu sahədə rayon İcra Hakimiyyətinin və digər qurumların, o cümlədən tibb işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönədilmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədi ilə tədbirlər görülməsinin zəruriliyini qeyd edib və geniş söhbət aparıb.

Keçidlər