Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Korrupsiyaya qarşı mübarizə” mövzusunda tədbir keçirilib

19 dekabr 2025 | 16:18

    19 dekabr 2025-ci il tarixdə 4 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamla təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.2 bəndinin icrasının təmini məqsədilə dövlət orqanlarında (qurumlarında) ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, rayon İcra Hakimiyyəti yanında yaradılmış İctimai şuranın sədri Zaur Vəliyev, şuranın üzvləri və dövlət orqanlarının əməkdaşları iştirak ediblər.
    Çıxış edənlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.2-ci bəndinə uyğun olaraq, bir neçə il ərzində fəaliyyət göstərən İctimai Şuranın qarşısında qoyduğu məqsədlərə çatmaqdan ötrü bütün üzvləri ilə birgə səylə fəaliyyət göstərməsindən, rayon icra hakimiyyəti ilə birgə rayonda maarifləndirici tədbirlərin mütəmadi olaraq keçirilməsindən geniş söhbət açaraq dövlət orqanlarında antikorrupsiya davranış modelinin formalaşması sahəsində ölkə başçısının rəhbərliyi ilə şəffaf mühitin formalaşdığını qeyd etmişlər.

Keçidlər