Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbirlər keçirilir

05 dekabr 2025 | 11:53

    “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 5.1. bəndinin icrası ilə əlaqədar korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə məqsədilə maarifləndirici tədbirlər keçirilir. Cəbrayıl rayon İcra hakimiyyətinin Bakı şəhərində yerləşən qərargahında baş tutan tədbirlərdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak ediblər.
    Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və digər çıxış edənlər ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərdən, dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması və mübarizə tədbirlərinin davamlılığının təmin edilməsinin əhəmiyyətindən geniş söhbət açıblar. Bildirilib ki, dünyanın aktual problemlərindən biri olan korrupsiya ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərir, iqtisadi və sosial inkişafı ləngidir. Maarifləndirmə məqsədilə keçirilən tədbirlər əməkdaşlığın gücləndirilməsi, ictimai məlumatlılığın artırılması və Milli Fəaliyyət Planında nəzərdə tutulan vəzifələrin icrasına dəstək baxımından xüsusi əhəmiyyət kəsb edib.

Keçidlər