Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Konstitusiya və Suverenlik ili”, Novruz bayramı ilə əlaqədar müşavirə keçirilib

14 mart 2025 | 16:21

    14 mart 2025-ci il tarixdə rayon İcra Hakimiyyətində 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi, eyni zamanda Novruz bayramı ilə əlaqədar müşavirə keçirilib. Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, İnzibati Ərazi Dairəsi üzrə nümayəndələr, hüququq-mühafizə, idarə və müəssisə rəhbərləri, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Biləsuvar MKİS-nin cavabdeh şəxsləri (sahə nəzarətçiləri) iştirak ediblər.
    Müşavirəni giriş sözü ilə açan rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2024-cü il tarixli Sərəncamı ilə ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi ilə bağlı geniş məlumat verib. Bildirilib ki, Prezident Administrasiyasının Tədbirlər Planı əsasında rayon İcra Hakimiyyətində də Tədbirlər Planı tərtib edilib. Həmin tədbirlər planında il ərzində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Həmçinin qarşıdan xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramının gəlişi ilə əlaqədar ümumrayon iməciliyinin və bayram şənliyinin keçirilməsi planlaşdırılıb. İməcilik günü ərazidəki yol kənarlarında, qəsəbə ətrafında, daxili küçələrdə, sosial obyektlərin ətrafında, məişət tullantıları poliqonunda təmizlik aparılmalı, mövcud ağaclara aqrotexniki qulluq edilməlidir. Eyni zamanda qəsəbələrdə həyətyanı suvarma arxları təmizlənməlidir. Barama mövsümü ilə əlaqədar yardımçı tikililərin təmizlənməsi, ağardılması, baytarlıqla razılaşdırılmaqla dezinfeksiya edilməsi aidiyyəti qurumların nəzərinə çatdırılıb. Tədbirdə çıxış edənlər rayon ərazisində keçirilən iməciliklə əlaqədar idarə və müəssisə kollektivlərini, qəsəbə sakinlərini iməcilikdə fəal iştirak etməyə çağırıb.

Keçidlər