Cəbrayıl rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ümumrayon iməciliyi keçirilib
17 mart 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Cəbrayıl qəsəblərində Novruz bayramının gəlişi münasibətilə ümumrayon iməciliyi keçirilib. İməcilikdə qəsəbələrdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarının kollektivləri, qəsəbə sakinləri iştrak ediblər.
İməcilik çərçivəsində ərazidə və yol kənarlarında təmizlik işləri aparılıb, ərazi məişət tullantılarından, qurumuş ağac və gül kollarından təmizlənərək dibləri bellənib, suvarılıb, yaşıllıqlara qulluq göstərilib, yeni ağac və gül kolları əkilib, səliqə-sahman yaradılıb.
Xidməti ərazimizdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası, artırılması məqsədilə belə iməciliklərin keçirilməsi istiqamətində işlər davam edəcək.