Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda "Konstitusiya və Suverenlik İli" çərçivəsində “Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib

25 avqust 2025 | 18:14

25 avqust 2025-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakmiyyətinin və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Cəbrayıl rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mayil Əliyev, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Cəbrayıl rayonu üzrə nümayəndəliyinin məsul əməkdaşları, rayon Mədəniyyət evinin işçiləri, klub və kitabxana müdirləri iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin, Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər  bildiriblər  ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafının əsasını qoyub. Bu Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də Ulu Öndərin dövlət idarəçiliyi fəlsəfəsini özündə əks etdirən mühüm siyasi irsdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xətt uğurla davam etdirilir və Konstitusiyanın prinsipləri ölkənin inkişaf strategiyasının əsasını təşkil edir.

Tədbirdə vurğulanıb ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildömünə təsadüf edir. Bu qərar müstəqil Azərbaycanın gücünün, xalqımızın birliyinin və həmrəyliyinin ifadəsidir. Xalqımızın  Ümummilli  Liderimiz Heydər Əliyev yoluna, bu yolu  uğurla və zamanın tələblərinə uyğunlaşdıraraq yüksək bacarıqla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevə inamı əbədidir, dönməzdir.

Keçidlər