Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində "Kim? Nə? Harda?” adlı intelektual bilik yarışması keçirilib

29 aprel 2025 | 17:48

    29 aprel 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdlərinin iştrakı ilə "Kim? Nə? Harda?” adlı intelektual bilik yarışması keçirilib.
    Açılış mərasimində Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Gənclər və İdman sektorunun, Təhsil sektorunun əməkdaşları, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.
    Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 12 komandadan ibarət maraqlı və gərgin keçən yarışda 10 saylı tam orta məktəbin "Xarıbülbül" komandası birinci, X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin “Erudit” komandası ikinci, 15 saylı tam orta məktəbin "Qarabağ" komandası isə üçüncü yerə layiq görülüb. Yarışın ənənəsinə uyğun olaraq qalib komandalar və üzvləri diplomla təltif olunublar.
    Qalibləri təbrik edir və uğurlar arzulayırıq.

Keçidlər