Cəbrayıl rayonunda Kənd təsərrüfatı işçilərinin peşə bayramı qeyd olunub
31 oktyabr 2025-ci il tarixdə 01 noyabr kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Şahin Şirinov, inzibati ərazi dairəsinin nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək aqrar sahədə çalışanları peşə bayramları münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb. Rayon rəhbəri aqrar sahədə ulu öndər Heydər Əliyevin başladığı islahatların uğurla həyata keçirilməsindən, Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalçılarına qayğısından geniş söhbət açıb.
Cəbrayıl DAİM-in direktoru Şahin Şirinov son illər rayonda, eləcə də işğaldan azad olmuş ərazilərdə kənd təsərrüfatı sahəsində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən, qazanılmış uğurlardan danışmış və bu uğurlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Tədbir kənd təsərrüfatı məhsullarından ibarət sərgiyə baxış ilə davam etdirilmişdir.






