Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Kənd təsərrüfatı işçiləri günü” qeyd olundu

01 noyabr 2023 | 14:26

    01 noyabr 2023-cü il tarixdə Cəbrayıl rayonunda “Kənd təsərrüfatı işçiləri günü” münasibətilə tədbir keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, rayon  Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, idarə, müəssisə rəhbərləri iştirak ediblər.

    Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub xatirəsinə dərin ehtiramlarını bildiriblər. Tədbirdə çıxış edən rayon rəhbəri peşə bayramı münasibətilə kənd təsərrüfatı işçilərini təbrik edərək ən xoş arzularını çatdırıb. İcra başçısı kənd təsərrüfatı işçilərinin əməyinə yüksək qiymət verdiyinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirərək, bu günkü bayram gününü dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirib.

Keçidlər