Cəbrayıl rayonunda “İdmanla zərərli vərdişlərə yox deyək” mövzusunda mini-futbol üzrə rayon birinciliyi təşkil edilib
23-24 aprel 2026-cı il tarixlərdə Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 2012-2013-cü il təvəllüdlü oğlanları arasında “İdmanla zərərli vərdişlərə yox deyək” mövzusunda mini-futbol üzrə rayon birinciliyi təşkil edilib.
Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında salınmış futbol meydançasında təşkil olunmuş yarışların yekununda İ.Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbin komandası birinci, X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin komandası ikinci və R.Xudiyev adına Minbaşılı kənd tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüblər.
Qalib komandalar Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin diplom, medal və qiymətli hədiyyələri ilə təltif olunublar.
Komandaları tədbirk edir və uğurlar arzulayırıq.






