Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib

07 dekabr 2022 | 17:17

    Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Cəlilabad filialının təşkilatçılığı ilə 07 dekabr 2022-ci il tarixində “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
   Tədbir Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin, torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin, eləcədə COVİD-19 pandemiyası ilə aparılan mübarizədə dünyalarını dəyişmiş tibb işçilərinin ruhunu bir dəqiqəlik sükutla yad etməklə başlanmışdır.
    Tədbiri giriş sözü ilə açan Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva çıxış edərək bildirib ki, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlar, ayrı-ayrı dövlət proqramlarının uğurlu icrasının nəticəsidir ki, bu gün respublikamızın səhiyyə sistemində mühüm dəyişikliklər əldə olunmuşdur. F.İbayeva həmçinin çıxışında ölkənin səhiyyə sistemində İcbari tibbi sığortanın tətbiqinin tibb xidmətlərinin vətəndaşlar üçün əlçatan etmək, əhalini sağlamlığı ilə bağlı maliyyə risklərindən qorumaq və səhiyyə sisteminin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla təmin etmək olduğunu bildirib.
    Sonra tədbirdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Cəlilabad filialının rəhbəri İlqar Qurbanov tədbir iştirakçıları qarşısında təqdimatla çıxış edərək İcbari Tibbi Sığorta haqqında ümumi məlumat vermiş, Dövlət Başçısı tərəfindən aparılan sosial yönümlü islahatın əhəmiyyəti, yeni sistem olan İcbari Tibbi Sığortanın istifadə hüququ haqqında geniş söhbət açmışdır.
    Tədbirin sonunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Cəlilabad filialının rəhbəri İlqar Qurbanov iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.

 

Keçidlər