Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Hüseyn Cavidin 140 illik yubileyi münasibəti ilə tədbir keçirilib

08 dekabr 2022 | 16:44

    08 dekabr 2022-ci il tarixdə Cəbrayıl rayonunun 4 saylı qəsəbə klubunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şairi, yazıçı və dramaturqu Hüseyn Cavidin 140 illik yubileyi münasibəti ilə “Mənim tanrım gözəllikdir, sevgidir” adlı tədbir keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, yazarlar, mədəniyyət işçiləri, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.
    Tədbirdə çıxış edənlər H.Cavidin zəngin yaradıcılığından, onun ədəbiyyata əvəzsiz töhfələrindən söhbət açaraq bildiriblər ki, bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir, şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 140 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 24 sentyabr 2022-ci il tarixdə Sərəncam imzalayıb. Sərəncama əsasən respublikamızın bütün elm, təhsil müəssislərində böyük mütəfəkkirin 140 illik yubileyi təntənə ilə qeyd edilir. Bu münasibətlə rayonumuzun təhsil müəssisələrində də müxtəlif səpkili tədbirlər keçirilir. Bu gün “Mənim tanrım gözəllikdir, sevgidir” adı altında böyük sənətkarın işığına yığışmağımız da məhz bu məqsədi daşıyır.
    Sonda Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbinin xanəndələrinin, 8 və 14 saylı tam orta məktəblərin şagirdlərinin ifasında Hüseyn Cavidin şerlərindən ibarət musiqili ədəbi kompozisiya, “İblis”, “Ana” dramlarından və “Azər” poemasından səhnəciklər nümayiş olunub.

 

Keçidlər