Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Hüququnu bil, özünü qoru!” mövzusunda tədbir keçirilib

12 iyun 2025 | 16:09

    12 iyun 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 18 may - 18 iyun “İnsan hüquqları aylığı” ilə əlaqədar “Hüququnu bil, özünü qoru!” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Mərkəzi kitabxana sisteminin direktoru Vasif Quliyev və mədəniyyət işçiləri iştirak ediblər.
    Ümummilli lider Heydər Əliyevin, Respublikamızın ərazi bütövlüyü uğrunda, dövlətçilik ənənələrinin yaşadılmasında canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər müasir Azərbaycan tarixinin dönüş nöqtəsi olan 15 iyun - Milli Qurtuluş günü münasibətilə iştirakçıları təbrik ediblər. Bildirilib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik ili” elan olunmasını nəzərə alaraq aylıq çərçivəsində keçirilən tədbirlərdə milli konstitusiya dəyərlərinin və qanunun aliliyinin təbliğinə xüsusi önəm verilib, ictimaiyyətin hüquqi biliklərinin artırılması istiqamətində söhbətlər aparılıb. Bu gün “Hüququnu bil, özünü qoru!” mövzusunda keçirilən tədbir də elə bu məqsədi güdür.
    Tədbir insan hüquq və azadlıqlarından bəhs edən videoçarxın nümayişi ilə davam etdirilib.

Keçidlər