Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Hüquqlarımızı tanıyaq” mövzusunda tədbir keçirilib

23 may 2025 | 16:05

    23 may 2025-ci il tarixdə “Konstitusiya və suverenlik” ili çərçivəsində“ 18 may - 18 iyun “İnsan hüquqları aylığı ilə əlaqədar “Hüquqlarımızı tanıyaq” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyəti aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Əli Kazımov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Münəvvər Cabbarlı, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Əbil Vəliyev iştirak ediblər.
    Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il 18 iyun tarixində təsdiq olunmuş ilk “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı”ndan, bu mühüm sənədə əsaslanaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə İnsan hüquqları günü kimi təsis olunmasının insan hüquqlarının qorunmasının prioritetliyini təsdiqləməsindən geniş söhbət açıblar. Bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə Respublikamızın bütün bölgələrində olduğu kimi rayonumuzda da hər il 18 may-18 iyun tarixlərində “İnsan hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər keçirilir, insan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi dövlət siyasətinin əsasını təşkil edir. 1995-ci il noyabrın 12-də Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və qəbul olunmuş Milli Konstitusiyamızda əksini tapan müddəaların böyük əksəriyyəti də insan hüquqlarının qorunmasına həsr edilib. 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi də ölkəmizdə bu sahədə atılan növbəti addımlardandır.

Keçidlər