Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda toplantı keçirilib

11 aprel 2023 | 16:11

    11 aprel 2023-cü il tarixdə “Heydər Əliyev ili” çərçivəsində Cəbrayıl rayon İcra Hakimiyyətinin və YAP Cəbrayıl rayon təşkilatının birgə təşkilatçılığı ilə 4 saylı qəsəbədə yerləşən YAP Cəbrayıl rayon təşkilatının qərargahında “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!” mövzusunda toplantı keçirilib. Toplantıda Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, YAP rayon təşkilatının məsul əməkdaşları, QHT üzvləri, siyasi fəallar, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Əvvəlcə iştirakçılar Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin heykəli önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.
Ümummilli Liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Toplantıda çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunmasını Azərbaycan tarixində əlamətdar hadisə kimi qiymətləndirərək bildiriblər ki, bu yubileyin mühüm cəhəti ondan ibarətdir ki, Ulu öndərin şəxsində həm də Azərbaycanın dünənini, bu gününü, əsası isə sabahını bir daha təhlil edirik. Heydər Əliyev epoxası Azərbaycan tarixinin quruculuq, yaradıcılıq, siyasi sabitlik və milli təkamül kimi əsas inkişaf istiqamətlərini özündə birləşdirməklə, sözün əsl mənasında, milli intibah dövrü kimi xarakterizə olunur. Azərbaycan dövlətinə uzunillik misilsiz xidmətləri ilə xalqın böyük etimad və məhəbbətini qazanmış Ulu Öndər milyonlar üçün böyük Xilaskar oldu. Bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli məhz Heydər Əliyevin xalqın təkidi ilə 1993-cü ildə hakimiyyətə gəlməsi ilə qoyuldu.
    1993-cü ildə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider, ilk növbədə, ölkədə siyasi sabitliyi təmin etdi. Ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirərək onun müstəqilliyini əbədiləşdirdi. Zamanın ağır və sərt sınaqlarına sinə gərən müstəqil Azərbaycan dövləti Heydər Əliyevin liderliyi ilə öz hüquqi və siyasi-iqtisadi suverenliyi istiqamətində uğurla irəliyə getməyə başladı. Cəmiyyətdə sürətlə formalaşan ictimai-siyasi sabitlik ölkəmizin bütün sahələrdə inkişafına möhkəm zəmin yaratdı. Azərbaycanın sosial-iqtisadi yüksəlişi ilə yanaşı cəmiyyətin demokratik əsaslarla inkişafı üçün lazımı mühit yarandı.
    “Anadan olmasının 100-cü ildönümündə ulu öndər Heydər Əliyevi dərin ehtiramla yad edərək qürurla söyləyirik ki, dahi Liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında qazandığımız Zəfər və yeni reallıqlarda Azərbaycanın dünyanın siyasi xəritəsində sahibləndiyi nüfuz sayəsində azərbaycanlı olmaq həqiqətən də fəxarətdir!
    2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu. Bu gün Şuşada və işğaldan azad olunmuş digər ərazilərdə qürurla dalğalanan dövlət bayrağımız bu uğurlu strategiyanın məntiqi nəticəsidir. Məhz bu strategiya ilə biz əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıdırıq.

 

Keçidlər