Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Heydər Əliyev İli” çərçivəsində şahmat yarışı keçirilib

31 iyul 2023 | 15:28

     31 iyul 2023-cü il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Cəbrayıl rayon Gənclər və İdman sektorunun və Cəbrayıl rayon Uşaq - Gənclər İdman - Şahmat məktəbinin birgə təşkilatçılığı ilə 1 saylı Cəbrayıl qəsəbəsində fəaliyyət göstərən rayonun 8 saylı tam orta məktəbində şahmat məktəbinin şagirdləri arasında yarış keçirilib.
    8-15 yaşlı 30 şagirddən ibarət 7 qrup üzrə keçirilən yarışda şahmat məktəbinin şagirdi Sədiyev Murad Sənani oğlu 1 - ci, Mehdiyev Elvin Eldəniz oğlu 2 - ci, Həmzəyev Yusif Zamiq oğlu və Balakişiyeva Aytən Natiq qızı 3 - cü yerə layiq görülüblər.
    Qalibləri təbrik edir və uğurlar arzulayırıq!

 

 

Keçidlər