Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Heydər Əliyev ili” çərçivəsində "Nə? Harada? Nə zaman?" adlı intellektual bilik yarışı keçirilib

07 noyabr 2023 | 16:19

   06 noyabr 2023-cü il tarixdə İ.Tahirov adına Mehdili kənd tam orta məktəbində Cəbrayıl qəsəbələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə "Nə? Harada? Nə zaman?" adlı intellektual bilik yarışı keçirilib.
   Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, Təhsil Sektorunun əməkdaşları, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.
   Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və tariximizin parlaq səhifəsinə çevrilən 08 noyabr Zəfər gününə həsr olunmuş tədbir Dövlət Himninin səsləndirilməsi və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. 11 komandanın iştirakı ilə maraqlı və gərgin keçən yarışda 10 saylı tam orta məktəbin "Xarıbülbül" komandası birinci, 8 saylı tam orta məktəbin "Xudafərin" komandası ikinci, R.Xudiyev adına Minbaşılı kənd tam orta məktəbin "Zəfər" komandası isə üçüncü yerə layiq görülüblər. Yarışın ənənəsinə uyğun olaraq qalib komandalar Fəxri fərmanlarla təltif olunublar.
    Yarışda İ.Tahirov adına Mehdili kənd tam orta məktəbinin şagirdlərinin ifasında musiqi nömrələri və rəqslər də nümayiş olunub.
    Qalib komandaları təbrik edir və uğurlar arzulayırıq.

 

Keçidlər