Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Heydər Əliyev ili” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqələrin qalibləri təltif olunub

22 dekabr 2023 | 17:42

    22 dekabr 2023-cü il tarixdə 1 saylı qəsəbə klubunda “Heydər Əliyev ili” çərçivəsində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar üzrə müsabiqə qaliblərinin təltif olunması məqsədi ilə tədbir keçirilib. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, RİH-in məsul əməkdşları, Təhsil sektorunun müdiri Zamiq Qurbanov, YAP fəalları, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri, valideynlər, fəal gənclər iştirak ediblər.
    Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncamın icrası ilə əlaqədar rayonda görülmüş işlər barədə geniş məlumat verib. Bildirilib ki, Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişaf və tərəqqisi yolunda indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Bu irsi öyrənmək, təbliğ etmək bizim hər birimizin şərəfli borcudur. Ölkəmizin ən yeni tarixində milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyətin həyatı və siyasətinin mühüm əhəmiyyəti var. Bu baxımdan onun irsinin gələcək nəsillərə təbliği mütləq və vacibdir. Keçirilən müsabiqələr şagirdlərdə Ulu Öndərin siyasi irsinin təbliğ edilməsində böyük rol oynayır. Azərbaycanda Heydər Əliyev siyasəti, onun dövlətçilik xətti əbədi davam edəcək. O, hər zaman zirvədə olacaq. Heydər Əliyevi bu zirvəyə xalq, onun etimadı və inamı yüksəldib, fəth etdiyi ən böyük zirvə elə xalqın qəlbidir. Hər birimiz Azərbaycanın sabahı naminə, Ulu Öndərin irsini həyat yolumuza örnək bilərək həmin zirvənin işığında addımlayırıq.
    Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının vəzifəsidir.
    Məhz Ulu öndərin əsasını qoyduğu müdrik, düşünülmüş siyasəti dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki regionda, dünyada söz sahibinə çevrilib.
    Daha sonra keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar müsabiqələrin qaliblərinə Fəxri Fərmanlar təqdim edilərək, onların hər birinə təhsildə və gələcək həyatda uğurlar arzulanıb.
    Tədbir Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbinin şagirdlərinin hazırladıqları konsert proqramı ilə davam etdirilib.

 

Keçidlər