Cəbrayıl rayonunda “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə bağlı tədbirlər planı”nın icrası çərçivəsində Cəbrayıl rayonunda silsilə tədbirlər keçirilir.
06 mart 2023-cü il tarixində Cəbrayıl Rayon İcra Hakimiyyətinin və YAP Cəbrayıl Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 4 saylı qəsəbədə salınmış Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, rayon ərazisində yaşıllıqların genişləndirməsi və ekoloji tarazlığın daha da yaxşılaşdırması kömək etməklə təbiətə töhfə verməkdir.
Aksiya iştirakçıları tərəfindən Heydər Əliyev adına istirahət parkında 150 ədəd eldar şamı, 140 ədəd oleandra və 480 ədəd qızılgül kolu əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.