Cəbrayıl rayonunda "Hər kitab bir dünyadır" adlı dəyirmi masa təşkil edilib
23 aprel 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin və Uşaq Səfirləri Məclisinin birgə təşkilatçılığı ilə Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar İ.Tahirov adına Mehdili kənd tam orta məktəbində "Hər kitab bir dünyadır" adlı dəyirmi masa təşkil edilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Uşaq Səfirləri Məclisinin rayon üzrə nümayəndəsi Aynur Məmmədova, USM-nin fəalları və İ.Tahirov adına Mehdili kənd tam orta məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilib və həmin gün dünya ədəbiyyatında simvolik tarixdir. UNESCO kitabları və müəlliflik hüququnu təbliğ etməklə yaradıcılığın, mədəni müxtəlifliyin və bütün fəaliyyət sahələrində biliklərə bərabərhüquqlu əlçatanlığın tərəfdarı kimi çıxış edir, kitab işinin və qiraətin təşviqinə kömək edir. Azərbaycanda bu əlamətdar tarix 1997-ci ildən başlayaraq hər il qeyd edilir.
Tədbir fəalların həmyaşıdlarına tövsiyələri ilə davam etdirilib.