Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda göz müayinəsi aksiyası keçirilib

21 aprel 2026 | 09:46

    Rayon İcra Hakimiyyətinin və Mərkəzi rayon Xəstəxanasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, akademik, Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş göz müayinəsi aksiyası keçirilib. Rayonun Mərkəzi xəstəxanasında keçirilən aksiyada həkim Afaq Qəhrəmanova tərəfindən müayinələr aparılıb, ilkin diaqnozlar qoyulub, zəruri məsləhətlər verilib, əməliyyata ehtiyacı olanlar müalicə müəssisələrinə yönəldiliblər.
    Gün ərzində davam edən aksiyada həmçinin eynəklər və maarifləndirici bukletlər paylanıb.

Keçidlər