Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib

15 aprel 2026 | 15:55

15 aprel 2026-cı il tarixdə Rayon İcra Hakimiyyəti və Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anım günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsini müvəqqəti icra edən, direktor müavini - baş həkim Arif Hüseynov, Mərkəzi Rayon xəstəxanasının əməkdaşları iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın, eləcə də Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər Zərifə xanımın keçdiyi həyat yolundan, alim kimi qazandığı böyük uğurlardan, Azərbaycan səhiyyəsinə verdiyi töhfələrdən geniş söhbət açıblar. Bildiriblər ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan Zərifə xanım təbabətdə öz dəst-xətti olan novator alim idi. Tanınmış ziyalı nəslinin layiqli davamçısı, zəngin mənəviyyata sahib, sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana, bütün intellektual keyfiyyətləri özündə birləşdirən görkəmli şəxsiyyət dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim və xeyirxah insan kimi şərəfli bir ömür yaşamışdır. Sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanımın həyatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir. O, oftalmologiya elminin korifeyi, ziyalı və işıqlı bir şəxsiyyət olmaqla həm də görmə problemli insanların şəfavericisi olub. Görkəmli alimin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər və bunların əsasında yaratdığı əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrindəndir. Xalqımız akademik Zərifə Əliyevanın işıqlı obrazını öz yaddaşına həkk etməklə, parlaq xatirəsini hər zaman ehtiramla yad edəcəkdir.

Keçidlər