Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində tədbirlər davam edir

28 noyabr 2023 | 16:10

    “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar 25 noyabr – 10 dekabr “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində rayonumuzda silsilə tədbirlər keçirilir. Tədbirlərdə , RİHB yanında “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun üzvləri, hüquq-mühafizə orqanlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, səhiyyə işçiləri, ümumtəhsil məktəblərinin müəllimləri, psixoloqlar, yuxarı sinif şagirdləri iştirak edirlər.
    Keçirilən tədbirlərdə əhali arasında məişət zorakılığının qarşısının alınmasına yönəlmiş məlumatlandırma və maarifləndirmə işinin mütəmadi olaraq aparılmasının vacibliyi vurğulanır, sorğular keçirilir, suallar cavablandırılır, iştirakçılara mövzu üzrə maarifləndirici bukletlər, məlumat vərəqələri paylanılır, sosial videoçarxlar nümayiş etdirilir.

 

Keçidlər