Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Gender əsaslı Zorakılığa qarşı 16 günlük fəallıq” kompaniyası çərçivəsində tədbirlər davam edir

29 noyabr 2024 | 12:33

    Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün “Milli Fəaliyyət Planı”nın 12.2.1., 12.2.2., 12.2.3. bəndlərinin icrası məqsədilə rayon ərazisində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində görüşlər və tədbirlər davam etdirilir. Növbəti tədbir qəsəbə sakinləri arasında maarifləndirici sorğuların keçirilməsi və bukletlərin paylanılması ilə həyata keçirilib.
   Qeyd edək ki, kompaniya 25 noyabr – Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə günüdən başlayaraq, 10 dekabr – Beynəlxalq İnsan Hüquqları gününədək davam edəcək. Kompaniya çərçivəsində Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu tərəfindən müxtəlif formatda tədbirlər həyata keçirilir, qadınlara və qızlara qarşı zorakılığın qarşısını almaq və aradan qaldırmaq çağırışı edilir.

Keçidlər