Cəbrayıl rayonunda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində aksiya keçirilib
04 dekabr 2025 | 15:11
04 dekabr 2025-ci il tarixdə Cəbrayıl qəsəbələrində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində aksiya keçirilib. Aksiyanın keçirilməsində məqsəd qadın sağlamlığı və hüquqlarının təmin olunması, onlara qarşı zorakılıq və ayrıseçkilik hallarının qarşısının alınması ilə bağlı çağırışlar etməkdir. Həmçinin cəmiyyətin sosial ədalət prinsiplərinə əsaslanaraq gender bərabərliyinin təşviqi və gender əsaslı zorakılıqla mübarizənin vacibliyini önə çəkməkdir.
Nəzərinizə çatdırırıq ki, kampaniya 25 noyabr – Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günündən başlayaraq 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Gününədək davam edir.






