Cəbrayıl rayonunda “Gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması” mövzusunda tədbir keçirilib
06 dekabr 2024-cü il tarixdə Cəbrayıl Peşə məktəbində “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası“nın 5.1.6. bəndinin icrası məqsədilə “Gənclərin ailə qurmağa hazırlıq səviyyəsinin artırılması və onlarda ailə məsuliyyətinin formalaşdırılması” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edənlər ölkəmizdə ailə dəyərlərinin qorunub, saxlanılması, milli adət-ənənələrimizdən geniş söhbət açaraq bildiriblər ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Dəyərlərimizi qoruyub saxlamaq hər birimizin borcudur. Gənclərdə ailə məsuliyyətinin formalaşması məqsədilə hər zaman maarifləndirici söhbətlər aparılmalıdır.