Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Gənclər, mən sizə inanıram, güvənirəm” mövzusunda tədbir keçirilib

02 fevral 2024 | 17:58

02 fevral 2024-cü il tarixdə X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbində Gənclər günü münasibətilə Prezident İlham Əliyev: “Gənclər, mən sizə inanıram, güvənirəm” mövzusunda tədbir keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, aparatın məsul əməkdaşları və rayon gəncləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Gənclər günün təsisçisi olan Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş gənclərimizin, eləcə də bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə  çıxış edənlər gəncləri təbrik edərək bildiriblər ki, iyirmi yeddi il bundan əvvəl 1997-ci ildə ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edilib və həmin vaxtdan etibarən hər il  fevral ayının 2-i ölkəmizdə “Gənclər günü” kimi təntənəli  şəkildə qeyd olunur. Ondan bir il əvvəl isə 1996-cı ildə  Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Gənclərinin birinci Forumu keçirilib. Elə o vaxtdan da gənclər siyasəti daim dövlətin prioritetləri sırasında olub. 2003-cü ildən sonrakı dövrdə isə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il ölkəmizdə “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis edildi, 2020-ci il “Könüllülər” ili elan olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər. İstər Ümummilli lider  Heydər Əliyevin, istərsə də  Prezident İlham Əliyevin gənclər siyasətinin mərkəzində bir əsas xətt dayanır ki, bu da Azərbaycan gənclərinin Vətənə, yurda, sədaqət ruhunda tərbiyə edilməsi idi.

Müxtəlif sahələrdə çalışan gəclər ölkəmizdə başlanan yeni dövrlə əlaqədar olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında hansı töhfələrlə yeni dövrə qədəm qoyduqlarını, hansı töhfələri verəcəklərini, Azərbaycanımızın, eləcə də ata-baba yurdumuz olan doğma Cəbrayılın gələcək inkişafında daha hansı uğurlara imza atacaqları ətrafına geniş çıxış ediblər. Prezident İlham Əliyevin gənclərə xitabən söylədiyi “Gənclər, mən sizə inanıram, güvənirəm” mövzusuna öz münasibətlərini bildirərək, hər zaman ölkə rəhbərinin ətrafında sıx birləşərək Azərbaycançılıq ideologiyasına sədaqətlə xidmət edəcəklərini, vətənpərvər, doğma vətənimizə bağlı gənclər kimi dövlət müstəqilliyimizi daim qoruyacaqlarına hazır olduqlarını vurğulayıblar.

Tədbir Böyük Mərcanlı kənd Uşaq İncəsənət məktəbinin kollektivinin ifasında musiqi nömrələri ilə davam edib.

Keçidlər