Cəbrayıl rayonunda “Gənclər Azərbaycanın bu günü və sabahıdır” mövzusunda tədbir keçirilib
02 fevral 2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq ili” çərçivəsində “2 Fevral – Gənclər Günü” ilə əlaqədar “Gənclər Azərbaycanın bu günü və sabahıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, YAP rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndəsi Aynur Məmmədova, Mərkəzi Kitabxana Sisteminin direktoru Vasif Quliyev, rayon Gənclər və İdman sektorunun müdiri Emil Məstəliyev, rayon Təhsil sektorunun aparıcı məsləhətçisi Xəzər Səmədov, 14 saylı tam orta məktəbin direktoru Nahid Muradov, idarə, müəssisə və təşkilatlarda çalışan gənclər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Gənclər günün təsisçisi Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş gənclərimizin, eləcə də bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan gənclərinin uğurlarını əks etdirən vidoçarx nümayiş olunub. Tədbirdə çıxış edənlər gəncləri təbrik edərək xoş arzularını bildiriblər. Qeyd olunub ki, düz otuz il bundan əvvəl 1996-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə gənclərimizə geniş və açıq müzakirə tribunası verilib, müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. 1 fevral 1997-ci ildə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev “2 fevral – Azərbaycan gəncləri günü”nün elan edilməsi haqqında Sərəncam imzalayıb. Elə o vaxtdan da gənclər siyasəti daim dövlətin prioritetləri sırasında olub. 2003-cü ildən sonrakı dövrdə isə Prezident İlham Əliyevin rəhbərliyi altında gənclər siyasətinin inkişaf istiqaməti mövcud ənənələr əsasında daha da təkmilləşdirilib: Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edilib, 2007-ci il ölkəmizdə “Gənclər ili” elan olunub, 2011-ci ildə Gənclər Fondu yaradılıb, 2013-cü ildə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis edilib, 2020-ci il “Könüllülər” ili elan olunub və Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqlənib. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması isə 44 günlük Vətən müharibəsində həlledici rol oynayıb.
Tədbirdə bir qrup gəncə Yeni Azərbaycan Patriyasının vəsiqələri, Milli Məclisin deputatı Ceyhun Məmmədovun müəllifi olduğu “Gənclərə tövsiyələr” adlı kitab, rayon Gənclər və İdman sektorunun Fəxri Fərmanları təqdim olunub.
Sonda 14 saylı tam orta məktəbin 5-ci sinif şagirdi Nərgiz Fərzəliyeva gözəl rəqsi ilə gəncləri təbrik edib.






