Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda gənclər arasında ailə dəyərlərinin təbliği, ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı mövzusunda tədbir keçirilib

02 dekabr 2024 | 12:22

    02 dekabr 2024-cü il tarixdə 6 saylı qəsəbə klubunda “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası“nın 5.1.1., 5.1.3 bəndlərinin icrası məqsədilə ailə dəyərlərinin təbliği, ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edənlər bildiriblər ki, hər bir xalqın özünəməxsus ənənələri və dəyərləri mövcuddur. Əvəzolunmaz milli-mənəvi dəyərimiz olan ailə institutunun cəmiyyətimizin, dövlətimizin inkişafında böyük rolu vardır. Bu baxımdan ailə institutunun hərtərəfli inkişafı və möhkəmləndirilməsi, ailə dəyərlərinin qorunması, ümumən ailənin cəmiyyətdə rolunun yüksəldilməsi və rifahının artırılması hər zaman dövlət siyasətinin prioritet məsələlərindən biridir. Qeyd olunub ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Azərbaycan xalqının tarixi köklərinə, mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Bu qiymətli sərvət yad təsirlərdən qorunmaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edilməklə zənginləşdirilir. Buna görə də hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur.
    Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparıldı.

Keçidlər