Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Gələcəyimizi birlikdə düşünək, sağlam həyat tərzini seçək” mövzusunda tədbir keçirilib

24 aprel 2026 | 15:39

    23 aprel 2026-cı il tarixdə Rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin, Mərkəzi xəstəxananın və Təhsil sektorunun birgə təşkilatçılığı ilə İ.Tahirov adına Mehdili kənd tam orta məktəbində “Gələcəyimizi birlikdə düşünək, sağlam həyat tərzini seçək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, RPŞ-in kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti, polis polkovnik leytenantı Fariz Misirov, RPŞ-in ictimai-təhlükəsizlik bölməsinin YYÇPİT qrupunun inspektoru, polis leytenantı Abutalıb İsmayılov, Mərkəzi xəstəxananın əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
    Çıxış edənlər erkən və qohumlar arasında nikah, narkomaniya, zərərli vərdişlərin təhsilə və gənclərin gələcəyinə mənfi təsirindən, törətdiyi fəsadlardan və qarşısının alınması yollarından, həmçinin bu sahədə hüquqi məsuliyyət və qanunvericilik çərçivəsində həyat keçirilən tədbirlərdən geniş söhbət açıblar.
    Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb və maarifləndirici bukletlər paylanılıb.

Keçidlər