Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Fənn Olimpiadalarının qalibləri ilə görüş keçirilib

15 iyun 2023 | 12:09

    15 iyun 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin akt zalında Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Dünya və Respublika Fənn Olimpiadalarının qalibləri ilə görüşüb.
    Tədbirdə İngiltərədə keçirilən onlayn riyaziyyat olimpiadasında qızıl, SASMO - Beynəlxalq Riyaziyyat Olimpiadasında isə bürünc medal qazanmış rayonun Milli Qəhrəman Kazım Məmmədov adına B.Mərcanlı kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Həsənzadə Fərid İsmayıl oğlu, Respublika Fənn Olimpiadalarında tarix fənni üzrə gümüş medal qazanmış 10 nömrəli tam orta məktəbin IX sinif şagirdi Abasquliyev Elvin Qurban oğlu, Tatar kənd tam orta məktəbin 10-cu sinif şagirdi Əliyeva Alimə Bayram qızı, bürünc medal qazanmış X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin XI sinif şagirdi Fərhadov Əvəz Ramiz oğlu, kimya fənni üzrə bürünc medal qazanmış 10 nömrəli tam orta məktəbin IX sinif şagirdi İbrahimov Elcan Müslüm oğlu və Respublika fənn müsabiqələrində kimya fənni üzrə gümüş medal qazanmış X.Rüstəmov adına Y.Mərcanlı kənd tam orta məktəbin VII sinif şagirdi Quliyeva Jalə Aqil qızı, Cəbrayıl Təhsil sektorunun məsul əməkdaşları, fənn müəllimləri, məktəb dierkorları iştirak ediblər.
    Görüşdə rayon rəhbəri dünya və respublika olimpiadalarında öz bilik və istedadları ilə uğur qazanan məktəblilərə xoş arzularını bildirib, onları təbrik edib. O, ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğıdan danışaraq bütün bunların Azərbaycanın xoşbəxt gələcəyi naminə edildiyini diqqətə çatdırıb.
    Sonra olimpiada qaliblərinə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov tərəfindən Fəxri Fərmanlar təqdim olunub.

Keçidlər