Cəbrayıl rayonunda “Fəal ol, sağlam ol, həyat boyu qalib ol” devizi altında maarifləndirici aksiya keçirilib
“05 Mart – Bədən tərbiyəsi və İdman günü” münasibəti ilə əhalimizin sıx məskunlaşdığı Cəbrayıl qəsəbələrində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.3. bəndinin icrasının təmin edilməsi məqsədi ilə əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhalinin fiziki aktiv olması üçün “Fəal ol, sağlam ol, həyat boyu qalib ol” devizi altında maarifləndirici aksiya keçirilib.
Aksiyanın keçirilməsində məqsəd əhali arasında sağlam həyat tərzinin təbliği, mütəmadi fiziki aktivliklə qeyri-infeksion xəstəliklərin qarşısının alınması, uzun ömürlülük, daha sağlam və xoşbəxt yaşamaq barədə əhali arasında məlumatlılığın artırılması, sağlamlıq naminə fiziki aktivliyi vərdişə çevirməyin vacibliyini nəzərə çatdırmaqdır.
Əhalinin müxtəlif təbəqələrini təmsil edən 200-dən çox insanın iştirak etdiyi aksiyada bukletlər paylanılmış və tövsiyələr verilmişdir.
Aksiya qəsəbə sakinlərinin böyük marağına səbəb olub.