Cəbrayıl rayonunda “Ətraf mühitin qorunması sağlam gələcəyin təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirilib
04 iyun 2024 | 16:34
04 iyun 2024-cü il tarixdə “Yaşıl dünya naminə həmrəylik ili”i çərçivəsində, 5 iyun - Dünya ətraf mühitin mühafizəsi günü münasibəti ilə “Ətraf mühitin qorunması sağlam gələcəyin təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, rayon Prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri Elgiz Mehdiyev, rayon Sukanal sahəsinin əməkdaşları, 8 saylı məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxış edənlər “Ətraf mühitin qorunması sağlam gələcəyin təminatıdır”, “Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar” mövzusunda geniş söhbət aparıblar.