Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Əsgərə kitab” layihəsi həyata keçirilib

16 mart 2024 | 11:21

    15 mart 2024-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Əsgərə kitab” layihəsi çərçivəsində N saylı hərbi hissənin əsgər və zabit heyəti ilə görüş keçirilib. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, şair-publisist Hidayət Səfərli, RİH yanında İctimai Şuranın sədri Zaur Vəliyev, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.
    Tədbirdə çıxış edənlər Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun adından hərbi hissənin əsgər və zabit heyətini Novruz bayramı münasibətilə təbrik edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanımıza əbədi bahar gətirmiş Böyük Zəfərin qazanılmasında şanlı Ordumuzun əsgər və zabitlərinin göstərdiyi şücaət və qəhrəmanlıqlardan söhbət açıblar. Qeyd olunub ki, Vətənin keşiyini çəkən igid əsgərlərin asudə vaxtlarının səmərəli keçirilməsi və mütaliəyə marağının artırılması məqsədilə həyata keçirilən “Əsgərə kitab” layihəsi Azərbaycan əsgərinə olan dərin rəğbətin, güvənin göstəricisidir. Görüşdə şair və yazıçılarımızın bədii əsərlərindən ibarət 350-yə yaxın kitab və şagirdlərin ürək sözləri yazılmış məktublar hərbi hissəyə təqdim edilib.
    Tədbir məktəblilərin Novruz bayramı münasibətilə hazırladıqları kompozisiya ilə davam etdirilib.

Keçidlər