Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Erkən və qohumlar arasında nikaha yox deyək!” mövusunda tədbir keçirilib

24 dekabr 2022 | 09:58

     23 dekabr 2022-ci tarixdə rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin təşkilatçılığı ilə V.İsmayılov adına Çərəkən kənd tam orta məktəbində “Erkən və qohumlar arasında nikaha yox deyək!” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi -Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rövşən Bayramov, rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin Xidmət üzrə baş inspektoru, polis baş leytenantı Amid Məmmədov, səhiyyə işçiləri, həmçinin məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
    Tədbirdə çıxış edənlər erkən və qohumlar arasında nikahların sağlamlıq üçün ciddi təhlükə yaratdığını, ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olmasından söz açıblar. Erkən yaşda qurulan nikahların 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərdiyini və ailədaxili zorakılıq hallarına səbəb olduğunu vurğulayıblar. Erkən və qohumlar arasında nikahların tibbi, psixoloji, fizioloji, mənəvi və sosial-iqtisadi fəsadları barədə məlumat veriblər.
    Sonda şagirdlərin mövzu ilə bağlı hazırladıqları videoçarx və müxtəlif səhnəciklər nümayiş etdirilib.

Keçidlər