Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələri” mövzusunda maarifləndirmə tədbirləri keçirilib

31 oktyabr 2024 | 12:36

    2024-cü il ərzində rayon gəncləri arasında mütəmadi olaraq Rayon İcra Hakimiyyəti başçısının İnzibati ərazi dairəsi üzrə nümayəndələri tərəfindən nikaha daxil olmaq üçün müraciət edən erkən nikah yaşında olan gənclərin erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığına, həyat keyfiyyətinə, mənəvi-psixoloji inkişafına mənfi təsiri barədə məlumatlandırılmasını təmin etmək məqsədilə maarifləndirmə tədbirləri keçirilib.
    Keçirilən tədbirlərdə erkən nikah və qohumlar arasında nikahın tibbi əks göstərişləri barədə mühazirələr söylənilib, sağlam ailələrin planlaşdırılması və reproduktiv sağlamlıq istiqamətində söhbətlər aparılıb.

Keçidlər