Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Ən böyük milli dəyərimiz-ana dilimiz” mövzusunda tədbir keçirilib

01 avqust 2024 | 16:19

    01 avqust 2024-cü il tarixdə rayonun Mərkəzi Kitabxanasında 1 avqust – Azərbaycan əlifbası və Azərbay¬can dili günü münasibətilə “Ən böyük milli dəyərimiz-ana dilimiz” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, Mərkəzi Kitabxana Sisteminin direktoru Vasif Quliyev, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndəsi Aynur Məmmədova, kitabxananın fəal oxucuları və əməkdaşları, mədəniyyət işçiləri iştirak ediblər.
    Əlifba islahatları ilə bağlı xalqımızın maarifpərvər ziyalılarının və müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin xatirəsinin dərin ehtiramla anılması ilə başlanan tədbirdə çıxış edənlər xalqımız üçün əlamətdar olan bu günün tarixindən, müstəqil və qalib dövlətimizin atributlarından biri - Azərbaycan dili haqqında danışmağın şərəfli və qürurverici olduğunu söyləyiblər. Bəşər mədəniyyətinin tərkib hissəsi olan dili mədəni dəyərlərin ötürülməsi, qorunması və qavranılmasında mühüm amil kimi səciyyələndirərək, ana dilini və əlifbanı millətin siması, onun milli sərvəti və varlığının təsdiqi adlandırıblar. Dövlətimizin ictimai-siyasi həyatında və yazı mədəniyyəti tarixində mühüm hadisə olan latın qrafikalı Azərbaycan əlifbasına keçidin tam təmin edilməsində, ana dilinin milli dövlətçiliyimizin əsas atributu kimi özünü təsdiq etməsi və qorunmasında, eləcə də dil siyasətinin formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışaraq, millətin dilinin dövlət dili statusuna yüksəlməsini xalqın dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilin zənginliyinin sübutu kimi qiymətləndiriblər. Qeyd edilib ki, bu gün Ümummilli Liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev də doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır, Azərbaycan dilinin milli-mənəvi siyasi, hüquqi statusunun möhkəmləndirilməsində əvəzsiz xidmətlər göstərir.
    Tədbir Mərkəzi Kitabxananın kitab fonduna baxış və gənclərin ifasında şeirlərin səsləndirilməsi ilə davam etdirilib.

Keçidlər