Cəbrayıl rayonunda əmək yarmarkası keçirilib
16 yanvar 2023-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin, “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin və Şirvan-Səlyan Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına əhalinin qayıdışı ilə əlaqədar həyata keçirilən bərpa-quruculuq işlərinə rayon əhalisinin cəlb olunması üçün əmək yarmarkası keçirilib.
4 saylı Cəbrayıl qəsəbəsində baş tutan əmək yarmarkasında 240 nəfərə yaxın müxtəlif ixtisas və peşəyə yiyələnmiş Cəbrayıl rayon sakini qeydiyyatdan keçib.