Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Elimizə Novruz gəlir” adlı bayram tədbiri keçirilib

19 mart 2024 | 15:35

    19 mart 2024-cü il tarixdə “Elimizə Novruz gəlir” adlı bayram tədbiri keçirilib. Bayram tədbirində rayon sakinləri, o cümlədən Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbirə “Şəhidlər Xiyabanı”nda və “Şəhidlər” Abidə Kompleksində Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş igid oğullarımızın məzarlarının ziyarət edilməsi ilə başlanılıb.
    Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov bayram tədbirində çıxış edərək Novruz bayramı münasibətilə rayon sakinlərini, eləcə də bütün xalqımızı təbrik edib xoş arzularını çatdırıb. Rayon rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında, şəhidlərimizin qanı bahasına əldə etdiyimiz Zəfərimizin sayəsində Novruz doğma Vətən torpaqlarına qayıdıb. Bu gün ölkəmizin hər bir guşəsində, eləcə də qədim yurd yerimiz olan Qarabağda, Şərqi Zəngəzurda da tonqallar qalanır, doğma yurdumuzdan baharın ətri gəlir. Otuz ildən çox erməni işğalçılarının əsarətində olmuş bu ərazilər indi nəhəng quruculuq, dirçəliş meydanına çevrilib, bütün sosial infrastruktur yenidən qurulur, insanlarımızın rifahını əsaslı surətdə yaxşılaşdıran çoxsaylı layihələr həyata keçirilir. Artıq bu ildən sakinlərimizin də doğma ata-baba yurdlarına qayıdışına start veriləcək. Cəbrayıllılar da qayıdışları ilə yurdumuza yeni nəfəs, yeni həyat bəxş edəcək, uzun illərdən sonra milli dəyərlərimiz olan bayramlarımızı öz doğma ocaqlarında keçirəcək, adət-ənənələrimizi keçmişdə olduğu kimi yaşadacaqlar.
    Tədbir rəngarəng çıxışlarla və məktəblilərin şerləri ilə davam etdirilib, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında bayram tonqalı qalanıb, çay süfrəsi arxasında xoş arzular bildirilib.

Keçidlər