Cəbrayıl rayonunda “Elektrik enerjisinə qənaət edək!” mövzusunda aksiya keçirilib
09 dekabr 2025 | 11:55
“Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 4.8. bəndinin icrası məqsədilə elektrik enerjisindən qənaətlə istifadənin təbliğ edilməsi istiqamətində Cəbrayıl qəsəbələrində “Elektrik enerjisinə qənaət edək!” mövzusunda aksiya keçirilib.
Aksiya çərçivəsində elektrik enerjisinə qənaət edərkən nələrə diqqət edilməsi haqqında vətəndaşlarla söhbət aparılıb, maarifləndirici bukletlər paylanılıb.






