Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda əkin-səpin kampaniyasına başlanılıb

22 oktyabr 2025 | 15:47

Rayonda növbəti ilin məhsulu üçün əkin-səpin kampaniyasına başlanılıb. Bu məqsədlə 13340 hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır. Əkinlərin 1710 hektarının suvarılan ərazilərdə aparılacağı gözlənilir. Hazırda fermerlərimiz tərəfindən 9657 hektardan çox sahədə şum aparılıb ki, bu da proqnozlaşdırılan əkinlərin 72 % -ni təşkil edir. Aparılmış şumun 9200 hektarı işğaldan azad edilmiş ərazilərdədir.

          Nəzərinizə çatdırırıq ki, bu günə qədər rayon üzrə 221 hektarda əkin aparılıb. Aparılan əkinlərin 85 hektarı buğda, 136 hektarı isə arpadır.

Keçidlər