Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Əhməd Bakıxanovun 130 illik yubileyi münasibəti ilə tədbir keçirilib

15 dekabr 2022 | 14:20

    15 dekabr 2022-ci il tarixdə Cəbrayıl rayonunun 1 saylı qəsəbə klubunda Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən Əhməd Bakıxanovun 130 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Cəbrayıl rayon icra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, ziyalılar, mədəniyyət işçiləri, B.Mərcanlı kənd Uşaq İncəsənət məktəbinin müəllim və şagird kollektivi iştirak edib.
    Tədbirdə çıxış edənlər Xalq artisti Əhməd Məmmədrza oğlu Bakıxanovun yaradıcılığından söhbət açaraq bildiriblər ki, Əhməd Bakıxanov daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr vermişdir. Muğam aləminin mükəmməl bilicisi olan və tar ifaçılığının sirlərinə dərindən yiyələnən, yüksək istedada malik sənətkar xalqımızın bu misilsiz mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşatmışdır. Onun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı, rəng və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda özünəməxsus layiqli yer tutur. Əhməd Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu xalq çalğı alətləri ansamblı zəngin repertuarı ilə seçilmiş və ölkənin mədəni həyatında yaxından iştirak etmişdir. Musiqi salnaməmizə mühüm səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli məhz Əhməd Bakıxanovun yetirmələridir.
     Sonda B.Mərcanlı kənd Uşaq İncəsənət məktəbinin şagirdləri böyük tarzənin xatirəsinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.

Keçidlər